SƏNAYE

Göygöldə süni mayalanma yolu ilə 113 baş cins bala alınıb
30 APREL
161

Göygöldə süni mayalanma yolu ilə 113 baş cins bala alınıb

2018-04-30 10:55:00

Göygöl rayonunda kənd təsərrüfatının heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq üçün bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə 50 faiz güzəştlə, lizinq yolu ilə satılmış cins mal-qaranın sayı son 4 ildə 174 başa çatdırılıb. Eyni zamanda 2018-ci ilin birinci rübündə inəklərdən süni mayalanma yolu ilə 113 baş cins bala alınıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda Göygöldə iribuynuzlu mal-qaranın sayı 20 min 484 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 167 min 349 başa çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il süd istehsalı 5,2 ton, ət istehsalı isə 473,7 ton artıb.

Eləcə də bax: Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254