SƏNAYE

Bal məhsuldarlığının artırılması üçün arıçılar nələr etməlidir? - MƏSLƏHƏT
30 APREL
145

Bal məhsuldarlığının artırılması üçün arıçılar nələr etməlidir? - MƏSLƏHƏT

2018-04-30 10:52:00

Azərbaycanda arıçılığın yem bazasını - aran, dağətəyi və dağlıq ərazilərin bitki örtüyü təşkil edir. Respublikamızın təbii-coğrafi və iqlim şəraitini, eyni zamanda, bitki örtüyünün müxtəlifliyini nəzərə alaraq, arı ailələrinin normal inkişafını təmin etmək üçün onların mövsüm ərzində azı beş dəfə köçürülməsini təmin etmək lazımdır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fevral ayının ikinci ongünlüyündə qışlamadan çıxmış arı ailələrinin birinci köçürülməsi təşkil edilir. Bu zaman arı ailələri dağətəyi bölgələrdən aran bölgələrinə köçürülür. Bu dövrdə aran bölgələrində hava şəraitinin başqa bölgələrə nisbətən isti keçməsi arı ailələrinin oyanmasına və ana arıların yuva daxilində daha erkən yumurta qoymasına səbəb olur. Arı ailələri bu zaman yuva daxilində ehtiyat baldan və çiçək tozundan istifadə edərək inkişafa başlayır. Yuva daxilində şanlarda balın möhürünün arıçı tərəfindən az miqdarda açılması arıların inkişafa başlamasına güclü təsir göstərir. Möhürü açılmış balın iyi arıları özünə cəlb edir. Arıların balla qidalanması belə ailələrin daha tez oyanmasına və inkişafa erkən başlamasına səbəb olur. Arı ailələri mart ayının ikinci ongünlüyünə qədər yuva daxili qidanın hesabına inkişaf edərək keyfiyyətcə yeni, cavan nəsillə əvəzlənir.

Eləcə də bax: Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir

Mayın 15-nə kimi aran bölgələrində işləyən arı ailələrini yenidən dağətəyi bölgələrə aparmaqla onların ikinci köçürülməsi təşkil edilir.

Arı ailələrinin əsasən bitkilərin nektar əmələgətirmə dövründə dağətəyi bölgələrə və ilin ən isti aylarında isə (iyulda) dağlıq bölgələrə aparmaqla üçüncü köçürülməsi həyata keçirilir.

Dördüncü köçürülmə avqust ayına təsadüf edir və arı ailələri yenidən aran bölgələrinə qaytarılır.

Arıların son işləmə dövrü avqust və sentyabr aylarıdır. Bu dövrdə arılar nektar və çiçək tozunu pambıqdan, yoncadan, üzümdən və payız efemerlərindən toplayır. Oktyabr ayının əvvəlindən arı ailələrinin yuvası qış üçün yığılır və respublikanın dağətəyi bölgələrinə aparmaqla, onların sonuncu - beşinci köçürülməsi təşkil edilir. Arıçılar arı ailələrini yerli şəraitdən asılı olaraq, əsas nektar əmələgəlmə dövründə bir dəfə əvəzinə, iki, ya üç dəfə köçürə bilərlər.

Arı ailələri vaxtında, planlı surətdə və şüurlu qaydada köçürülməlidir. Ona görə də arıçı öz bölgəsinin hər bir hektarında olan bitki örtüyündəki nektarın nə qədər olmasını təxmini bilməlidir. Bal arılarının əlverişli uçuş diametri 3 kilometrdir. Bu o deməkdir ki, arılar pətəyin olduğu yerdən bütün istiqamətlərə tərəf 3 kilometr uzaqlıqdakı bitkilərdən nektar toplaya bilər.

Bal məhsuldarlığının artırılmasında birinci əsas amil arı ailələrinin nektar əmələgəlmə dövrünə qədər inkişafının başa çatması və onun gücünün standarta uyğun gəlməsidir. Arı ailələri payız dövründə qışlamağa qoyulduqda (noyabr ayının əvvəlində) 2,5 kiloqram və ya 25 min arı, qışlamadan çıxdıqdan sonra (fevral ayının ikinci ongünlüyündə) 2 kiloqram və ya 20 min arı, əsas nektar əmələgəlmə dövründə isə (iyunun əvvəlində) 3-3,5 kiloqram və ya 30-35 min arı olduqda həmin dövrdə ailə üçün standart güc hesab edilir. Mövcud standartlara uyğun gələn belə ailələrdən əlverişli hava şəraitində 50-60 kiloqram bal istehsal etmək və 25-30 kiloqram təmiz bal süzmək mümkündür.

Bal məhsuldarlığının artırılmasının ikinci amili arı ailələrinin planlı surətdə, mövsüm dövründə köçürülməsinin optimal təşkilidir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin standart gücdə inkişaf etməsinə səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca, xaşa, şabdar bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, cökə və akasiya meşəliklərinin yaxınlığına köçürülməsinə üstünlük verməlidirlər.

Mənbə: Azərtac

Eləcə də bax: Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267