SƏNAYE

Qəbələdə meyvə ağaclarından ibarət yeni meşəbağ-aqrobağ salınıb
30 APREL
110

Qəbələdə meyvə ağaclarından ibarət yeni meşəbağ-aqrobağ salınıb

2018-04-30 10:42:00

Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır, yeni ağac tinglərinin yetişdirilməsi və meşə sahələrinin, eləcə də meyvə bağlarının salınması işləri uğurla davam etdirilir.

Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən bildiriblər ki, bu ilin mart ayında rayonun meşə fondunun torpaqlarında meyvə ağaclarından ibarət yeni bağların salınmasına start verilib. Meyvə bağlarının salınmasında müəssisənin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. Yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 32,3 hektar sahədə meşəbağ-aqrobağ sahəsi salınıb. Bunun 15,5 hektarını fındıq, 7,3 hektarını şabalıd, 8,7 hektarını qoz və 0,8 hektarını alma bağları təşkil edir. Bununla da Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisənin nəzdindəki dövlət meşə fondunun torpaqları genişləndirilərək 33 min 400 hektara çatdırılıb.

Qeyd edək ki, rayon meşəçiləri bu ilin yaz aylarında rayonda meyvə ağaclarından ibarət 110 hektar sahədə meşəbağ-aqrobağ salıb.

Eləcə də bax: Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277