SƏNAYE

Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması qaydaları dəyişəcək
27 APREL
317

Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması qaydaları dəyişəcək

2018-04-27 14:17:00

Abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir. Bunu jurnalistlərə "Azərişıq" ASC-nin “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib. E.Rüstəmli qeyd edib ki, qanunda bu müddət 15 gün müəyyən edilib: "Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir". "Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib: "Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276