SƏNAYE

Hansı toyuq cinsini yetişdirmək daha sərfəlidir?
27 APREL
723

Hansı toyuq cinsini yetişdirmək daha sərfəlidir?

2018-04-27 11:55:00

Nə qədər qeyri-adi aqro biznes istiqamətləri inkişaf etsə də, ənənəvi biznes formaları hər zaman ən yaxşısıdır. Ət, yumurta, süd istehsalı əsas istehlak olunan məhsullardır. Bu yazıda yumurtalıq toyuq cinsləri haqqında araşdıracayıq.

Əsas yumurtalıq toyuq cinsləri kimi loman braun, kuçinskaya, amroks, leqqorn, xaysek braun saymaq olar.

Yubileyni Kuçinskaya cinsi hələ sovet dövründə seleksiya üsulu ilə əldə edilib. Öz əcnəbi əcdadlarından ən gözəl xüsusiyyətləri götürüb: Ətlik-yumurtalıq istiqamətdir, cücəsi dözümlüdür, ət çıxımı yüksəkdir. Bir günlük cücənin cinsini təyin etmək olur (tükün rənginə görə). Çəkisi 2-3,8 kq-a kimi çata bilir. İldə 180-250 yumurta verir, yumurtası ortalama 60 qram olur.

Amroks toyuq cinsini yeni başlayanlar da saxlaya bilər. Adətən 5 aylıq ikən yumurta verməyə başlayırlar və ildə 200 ətrafı yumurta verirlər. Yumurtaların rəngi qırmızı-qəhvəyi olur. Ət verimi çox yüksəkdir və dadı ləzzətli, zərifdir. Xəstəliklərə dözümlüdürlər. Soyuqdan qorxmurlar. Çəkisi 2-3,6 kq olur. Sakit heyvanlardırlar. Yaxşı da kürd yatırlar.

Loman braun yumurtalıq toyuq cinsi: il ərzində 300-320 yumurta verə bilir. Artıq 135 günündə yumurta verməyə başlayırlar. İntensiv yumurtaverimi 80 həftə davam edir. Yumurta 63 q, rəngi çəhrayı olur. İntensiv yumurta vermə dönəmi bitdikdən sonra adətən toyuqları saxlamaq sərf etmi və kəsimə göndərilir. Dözümlü cinsdir.

Leqqornlardan ən tələb olunanı ağ leqornlardır. 17-18 həftəliklərində yumurtlamağa başlayırlar. İntensiv yumurta qoyma dönəmində 220-300 yumurta verə bilirlər. Yumurtaları ağ olur, 55-58 q çəkisi olur. İlk ilində çox verimli olur, sonralar məhsuldarlığı düşür.

Xaysek braun cinsi ağ leqqornun hibridi sayılır. Ən yaxşı yumurta verən cins sayılır. Yumurta vermə dönəmi 80 həftədir. İl ərzində 280-360 yumurta verə bilir. (Bu çox böyük göstəricidir) Yumurtalar böyük 63-70 q və az xolestrinli olur. Demək olar ki, bir çox fermerlər bu cinsə üstünlük verir.

Mənbə: agroexpert.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254