SƏNAYE

Nazirlik: TANAP regional əməkdaşlığa nümunədir
27 APREL
226

Nazirlik: TANAP regional əməkdaşlığa nümunədir

2018-04-27 09:40:00

Transanadolu boru kəməri (TANAP) regional əməkdaşlığa nümunədir. Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, layihənin reallaşdırılmasına başlanandan Türkiyə TANAP qaz kəmərinin tikintisinə xüsusi diqqət ayırıb:

"Bununla yanaşı, TANAP Türkiyəni təbii qazla təmin edəcək. Bu boru kəməri Avropanın xammal mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından da çox vacibdir". Nazirlikdən bildiriblər ki, Türkiyə və Azərbaycanın dünya energetika siyasətində rolu daha da güclənir.

Qeyd edək ki, TANAP boru kəməri cari il iyunun əvvəlində istismara veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260