SƏNAYE

"Azərbaycan məhsullarına həm Gürcüstanda, həm də dünyada böyük maraq var”
26 APREL
156

"Azərbaycan məhsullarına həm Gürcüstanda, həm də dünyada böyük maraq var”

2018-04-26 15:20:00

"Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullara həm Gürcüstanda, həm də dünyada böyük maraq var. Tbilisidə inşaat sektoruna həsr olunmuş XXII Beynəlxalq inşaat və dizayn "Caucasus Build 2018" sərgisində Azərbaycan şirkətlərinin iştirakı çox yaxşı haldır. Bu bizim iqtisadi-ticarət əlaqələrimizin inkişafında da mühüm rol oynayacaq. Belə təmaslar bizim qarşılıqlı əlaqələrimiz və inkişafımız üçün yeni imkanlar açır".

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın davamlı inkişaf və iqtisadiyyat nazirini müavini İrma Kavtaradze söyləyib.

Sərgidə 200-dək xarici şirkətin iştirak etdiyini bildirən İ.Kavtaradze deyib ki, Gürcüstanla Azərbaycan birgə bir sıra layihələr həyata keçirdir Bu layihələr bizim xalqlarımızın, eləcə də region dövlətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan şirkətlərinin bu sərgidə iştirakı bizim üçün yeni imkanlar açacaq. Bu yolla həm Azərbaycan şirkətləri xaricdən tərəfdaş tapacaq, həm də bizim şirkətlərlə birgə layihələrdə iştirak məsələlərini müzakirə edəcəklər. Hesab edirəm bizim bu cür sərgilərdə iştirakımız çox vacibdir", - deyə İ.Kavtaradze vurğulayıb.

Məlumat üçün qeyd edək ki, sərgidə Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materialları, eləcə də "Fəxrəddin" MTK istehsal etdiyi tikinti materiallarını nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277