SƏNAYE

Eşşək ferması yaradan Türkiyəli fermer əla qazanc götürür
26 APREL
362

Eşşək ferması yaradan Türkiyəli fermer əla qazanc götürür

2018-04-26 14:36:00

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonunda uzunqulaq ferması yaradan Ercan Uludağ adlı sahibkar eşşək südünün 1 litrini 100 lirəyə (təxminən 50 manat) satır.
Fermada 45 eşşək saxlanılır və gün ərzində heyvanlardan 3,5-10 litr arası süd əldə edilir. Ferma sahibinin sözlərinə görə, ölkədə eşşək südünə tələbat az olduğu üçün onu əsasən xaricə ixrac edirlər.
Bunun üzərində uzun müddət araşdırma apardıqlarını deyən Uludağ eşşək südünün faydalarından da bəhs edib. O, bildirib ki, xüsusən yaz aylarında qrip infeksiyasına tutulmamaq üçün ondan gün ərzində 250 millilitr qəbul etmək kifayətdir. Ferma sahibi bu südün insanı bir çox allergen faktorlardan da qoruduğunu bildirib.
Digər südlərdən fərqli olaraq eşşək südünün tez xarab ola biləcəyini deyən Uludağ dondurulduqda 15 günə qədər saxlanıla biləcəyini, lakin az miqdarda su dəydikdə çürüdüyünü söyləyib.
Uludağ bu təsərrüfat sahəsinin əziyyətli olduğunu və onunla məşğul olmaq istəyənlərin ekspertlərdən məsləhət almalı olduqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276