SƏNAYE

Azərbaycanda ilk dəfə qaragilə əkiləcək
26 APREL
308

Azərbaycanda ilk dəfə qaragilə əkiləcək

2018-04-26 14:04:00

“NPC Agro” Azərbaycanda ilk dəfə qaragilə (blueberry) bitkisinin əkini üçün müqavilə bağlayıb. Əkin Xaçmaz rayonu ərazisində, payız aylarında həyata keçiriləcək. Müqaviləyə əsasən, şirkət torpaq hazırlığı, növ seçimi, aqronom nəzarəti, müxtəlif aqrar analizlər, sənədləşdirmə, daşıma, gürbə və dərman kimi xidmətləri özündə birləşdirən hərtərəfli bir layihə təşkil edəcək.
Qaragilə müalicəvi xüsusiyyətlərinə görə rekord göstəricilərə malik giləmeyvədir. Apteklərdə onun əsasında hazırlanmış preparatlar satılır. Pəhriz saxlayan insanlar arasında şəkərsiz qaragilə cemi çox məşhurdur. Qaragilənin tərkibində manqanın miqdarı başqa meyvə-tərəvəzlərə nisbətən daha yüksəkdir. Bundan əlavə, onun tərkibində C, B1,B2 vitaminləri, karotin, dubil maddələr, pektinlər, şəkər, alma, kinə, kəhrəba və süd turşuları vardır. Bu giləmeyvəni, ilk növbədə avitaminozdan əziyyət çəkənlərə tövsiyə edirlər. Qaragilənin görmə qabiliyyəti üçün faydalı olduğunu hamımız bilirik. Bu giləmeyvə təbii antioksidantlarla zəngindir. Onların müntəzəm qəbulu katarakta və qlaukoma xəstəliklərinin profilaktikası üçün əvəzsiz vasitədir. Lakin həkimlər qaragilə əsasında dərmanlardan çox təbii giləmeyvəni, yaxud ondan hazırlanmış mürəbbəni yeməyi tövsiyə edirlər. Tərkibində şəkərin olmasına baxmayaraq, qaragilə qanda şəkəri salır. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlər üçün əvəzsiz vasitə sayılır. Dondurulmuş qaragilə, onun cövhəri uzun müddət öz keyfiyyətini itirmir, tərkibindəki vitaminlərin və bəsləyici maddələrin miqdarına görə təzə giləmeyvədən əsla geri qalmır.

Mənbə: aqrobiznes.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254