SƏNAYE

Sabirabadda 15 min hektardan çox sahədə pambıq becəriləcək
26 APREL
225

Sabirabadda 15 min hektardan çox sahədə pambıq becəriləcək

2018-04-26 13:39:00

Sabirabadda pambıq əkini sürətlə davam edir. Ötən il 18 min 169 ton xam pambıq istehsal edən sabirabadlı pambıqçılar cari ildə 15 min 55 hektar sahədə “ağ qızıl” becərməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilələr bağlanılıb, məhsul istehsalçılarına lazımi kömək göstərilib.

Rayon statistika idarəsindən bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 4 min 373 hektar sahəyə toxum səpiblər. Səpin aparılmış sahənin 1850 hektarı “MKT İK” MMC-yə, 1200 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 77 hektarı “AQRO AZ” MMC-yə, 1224 hektarı isə “ST” MMC-yə məxsusdur. Məhsul istehsalçıları səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253