SƏNAYE

Azərbaycanda necə göbələk yetişdirmək olar? - VİDEO
26 APREL
455

Azərbaycanda necə göbələk yetişdirmək olar? - VİDEO

2018-04-26 12:56:00

Göbələk bizim süfrə mədəniyyətimizə yeni-yeni ayaq açır. Bəzi kənd yerlərində yeyilsə də, məsələn göbələk supunu çoxumuz yeni tanımışıq. Avropada göbələk çox bahalı qidadır. Yeni il ərəfəsində Avropada tryufel bəzən 300 dollara kimi qalxır. Belə də, kq-ı 50 dollardan ucuz deyil.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bəlkə də göbələyi adi zirzəmimizdə belə çox asanlıqla yetişdirə biləcəyimizdən xəbərdar deyilik. Prosesi qısa izah etsək: Azərbaycanda artıq göbələk və kompost istehsal edən iki müəssisə açılıb. Kompost əldə edib gətirib evinizin zirzəmisində, qaranlıq bir yerdə vəya qarajda qulluq edərək göbələk yetişdirə bilərsiniz. Qulluq deyərkən əsasən vaxtlı-vaxtında sulamaq və məhsulu yığmaq, arada bir otağı havalandırmaq. Kompost göbələk yetişdirmək üçün mühitdir və onu özünüz də düzəldə bilərsiniz amma məşəqqətli prosesdir.

Məsləhət görülən şampion göbələyidir, çünki onun arasına zəhərli göbələk düşmə ehtimalı demək olar ki, yoxdur.

Sonda aşağıdakı videodan daha ətraflı məlumat edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267