SƏNAYE

Bu zərərvericilər fermerlərə böyük ziyan vurur
26 APREL
231

Bu zərərvericilər fermerlərə böyük ziyan vurur

2018-04-26 11:51:00

Kənd təsərrüfatı zərərvericiləri, meyvəçilikdə və tərəvəzçilikdə məhsuldarlığı azaldaraq və onların keyfiyyətini aşağı salaraq fermerlərə böyük zərər vurur. Bunlara kələm sovkası, kələm kəpəyi, spiralvari qurd, yerkökü milçəyi, soğan gənəsi, taxıl bitləri (kazarka, bukarka, alma çiçəkyeyəni), çanaqlı yastıca, armud qurdu və s. zərərvericiləri misal göstərmək olar. Məsələn:

Kələm kəpənəyi:

Kələmin yarpaqlarını çox yeyir (damarlara isə dəymir). Yarpağın alt hissəsində 15-200 ədəd topa ilə yumurta qoyur. Zədələnmiş yarpaqlar mütləq kəsilib atılmalıdır. Dərin zədələnmiş kələm çıxdaş edilir. Zərərverici yarpaqlarla qidalanıb orada uzunsov yumru deşik əmələ gətirir. Kələmin başında tırtılın yolu olur. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında çox yayılmışdır.

Kələm güvəsi:

Yarpaqları kiçik pəncərəciklər şəklində zədələyir. Kələm güvəsinin tırtılları yarpağın içində yollar açıb orada qidalanır.

Turp kəpənəyi:

Kələm kəpənəyinə oxşayır, ancaq ondan bir qədər balacadır. Yarpaqları çox zədələyir, yalnız qaba damarlar və yarpağın bəzi hissələri salamat qalır. Tırtıllar bəzi hallarda içərisinə iri deşiklər açırlar.

Soğan milçəyi:

Soğan milçəyi ilə zədələnən bitkilərin yarpaqları saralır, solur, soğanlar isə çürüyür. Soğanı yaxşı qurutduqda bu zərərverici məhv olur. Bəzi hallarda sarımsağa da zərər vurur. Gövdə nematodu ağımtıl, çox xırda, uzunsov adi qurd şəklində olur. Bitkinin şirəsi ilə qidalanır. Soğan gövdə nematodunun zədələdiyi soğan anbarda saxlanılan zaman tamamilə quruyur. Kartof gövdə nematodu kartof yumrusunu və pomidoru da zədələyir. Gövdə nematodu ilə zədələnmiş tərəvəzin miqdarına mal partiyasında standart üzrə yol verilir. Standart üzrə soğanda kənd təsərrüfatı zərərvericiləri tərəfindən zədələnmiş 5%-dək məhsulun olmasına yol verilir. Sarımsaq partiyasında gövdə nematodu və soğan gənəsi ilə zədələnmişlərin miqdarı 10%-dən çox olduqda məhsul uzun müddət saxlanılmağa və uzaq məsafəyə daşınmağa yaramır.

Taxıl biti:

Taxıl biti qrupununa aid olan alma çiçəkyeyəni, kazarka, bukarka, əsasən toxumlu və çəyirdəkli meyvələri zədələyirlər. Onlar məhsuldarlığa ziyan vurur, meyvənin səthində deşiklər açır və beləliklə meyvənin xarici görünüşünü korlayırlar. Kütləvi surətdə çoxaldıqda ağacların yarpaqları tökülür, ağac zəif böyüyür. Bunlardan başqa, meyvə zərərvericilərinə çanaqlı yastıca, qonur meyvə gənəsi, alma mişarçısı, qoxulu ağacovan, tumurcuq qurdu, alma güvəsi, yemişan kəpənəyi və albalı milçəyi aiddir. Tərəvəz zərərvericilərinə paxla və noxud mənənəsi, yerkökü milçəyi, çətir güvəsi, qovun milçəyi və s. aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254