SƏNAYE

Bu texnikaları Azərbaycana gətirənlərə gömrük güzəştləri edilir - SİYAHI
25 APREL
2260

Bu texnikaları Azərbaycana gətirənlərə gömrük güzəştləri edilir - SİYAHI

2018-04-25 18:26:00

Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11-12 saylı qərarlarına əsasən aşağıdakı maşın və texniki vasitələr idxal rüsumundan və ƏDV-dən azaddır: 
- traktorlar;
- suvarma qurğuları;
- torpağın hazırlanması və işlənməsi üçün katoklar;
- kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və mexanizmlər;
- otbiçənlər, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar;
- sağıcı qurğu və aparatlar;
- südün emalı və təkrar emalı üçün avadanlıqlar;
- toxumların yetişdirilməsi üçün avadanlıqlar;
- quşçuluq üçün inkubatorlar və bruderlər, toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar;
- unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276