SƏNAYE

Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir
25 APREL
9826

Türkiyəli fermerin qeyri-adi becərmə üsulu yüksək gəlir əldə etməyə imkan verir

2018-04-25 18:16:00

Tərəvəzçiliklə məşğul olan əkinçilər bu metoddan böyük səmərə əldə edə bilərlər. Çox əziyyət tələb etmir, həmdəki ucuz başa gəlir. 
Beləliklə, Türkiyənin Yozqat vilayətində tərəvəzçiliklə məşğul olan Hacı Ömər Kılıç açıq sahədə işlənib atılmış plastik qablardan ibarət “ istixana” qurub. Zibilxanalardan üç min ədəd atılmış beş litrlik qab yığan Kılıç, onlardan şitillərin mühafizəsi üçün istifadə edir. Onun fikrincə, bu metod şitilləri qəfil düşən soyuqlardan qoruyur, məhsulun maya dəyərini aşağı salır, eyni zamanda, açıq sahədə tərəvəz əkənləri ilə müqayisədə bir ay tez yetişməsinə imkan verir. İki hektarda əkdiyi ştillərin hamısını plastik qablarla əhatələyən fermer deyib:” Bizim yerlərdə açıq sahəyə şitil aprelin 25-dən sonra əkilir. Lakin mən əkinə martın 25-dən başlayıram, nəticədə məhsulun yetişməsini düz bir ay qabaqlamış oluram. Bu da məhsulu yüksək qiymətə satmağa imkan verir. Lakin, əsas məsələ şitillərin donvurmadan qorunmasıdır. Bir neçə gün əvvəl qəfildən soyuqlar düşdü, hətta qoz ağaclarını belə don vurdu, amma tərəvəz şitillərinə heç nə olmadı”. 
Odur ki, tərəvəz əkini ilə məşğul olanlara məsləhətdir. 

Mənbə: Aqrobiznes.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259