SƏNAYE

Rəcəb Tayyib Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək
25 APREL
280

Rəcəb Tayyib Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək

2018-04-25 16:26:00

İyunun əvvəlində Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən deyib.

“Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP təkcə Türkiyə ilə Azərbaycan arasında təbii qaz alqı-satqısına deyil, eyni zamanda, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, İzmir şəhərinin Əliağa rayonunda inşa edilən “Star” neft emalı zavodunun tikintisi isə yaxın vaxtlarda yekunlaşacaq. Zavodun açılış mərasimi bu ilin sentyabr-oktyabr aylarında baş tutacaq. “Bununla da Azərbaycan Türkiyədə ən böyük investor olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259