SƏNAYE

AMEA: Yüksək Texnologiyalar Parkında müdafiə sənayesi ilə bağlı yeniliklər olacaq
25 APREL
149

AMEA: Yüksək Texnologiyalar Parkında müdafiə sənayesi ilə bağlı yeniliklər olacaq

2018-04-25 16:00:00

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının infrastrukturu yaradılmaqdadır". Bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib. AMEA prezidenti YTP-də müdafiə sənayesi və biznes sahələri üzrə yeniliklərin olacağını bildirib. Akademik qeyd edib ki, YTP-nin özünəməxsus infrastrukturu, marketinqi, reklamı olmalıdır: "Artıq Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək istəyən yerli və əcnəbi biznesmenlər bizə müraciət edirlər. Parkda "Made in Azerbaijan" brendi ilə məhsullar da hazırlanacaq. Lakin indi bunu bizdən tələb etmək çox tezdir. Yüksək Texnologiyalar Parkında inkişafa nail olmaq və "Made in Azerbaijan" brendi ilə beynəlxalq aləmə çıxmaq əsas niyyətimizdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276