SƏNAYE

Fermerlər biznes planı necə tərtib etməlidir?
25 APREL
129

Fermerlər biznes planı necə tərtib etməlidir?

2018-04-25 14:54:00

Biznes plan üçün standart forma yoxdur. Hər kəs işinə cavab verən forma işləyib hazırlamalıdır. Biznes plan tərtib etməyə başlamazdan əvvəl məlumatları toplamalı və təhlil etməlisiniz. Təklif olunan forma işləmək üçün yaxşı model ola bilər.

Biznes planı şərh və tərtib edərkən əsas məqamlar aşağıdakılardır:

-sənədin xarici görünüşü,

-aydınlıq,

-peşəkar terminlərdən az istifadə etmək,

-qanunvericiliyə uyğunluq,

-şərhin məntiqə uyğunluğu,

-asan oxunaqlı olması.

Biznes planın hazırlanması xeyli vaxt aparır, lakin bu vaxt sonradan özünü doğruldur. Planın əsaslandırılması nə qədər yaxşı olsa, müvəffəqiyyətə şans daha çox olur və lazım olacaq maliyyənin (kreditin) əldə edilməsi üçün imkan yaradır.

Xülasə. Biznes planı hazırladıqdan sonra, xülasə hissəsinə qayıdın. Bu hissəyə xüsusi diqqət yetirmək lazımdır. Çünki banklar, sərmayədarlar, sizinlə işləmək istəyən firmalar öncə xülasəni oxuyacaqlar. Siz xülasəni cəlbedici, oxunaqlı edə bilərsiniz, sərmayədar sizin biznesinizlə maraqlanacaq, onun digər bölmələrinə baxacaq.

Xülasə qısa olaraq təklif edilən biznes, onun başqalarından fərqli, imkanları, əldə etdiyi nailiyyətlər, strateji planlar, menecment, maliyyə imkanları, marketinq planları barədə məlumat verilməlidir.

Biznes planın tərkibi

Titul vərəqi:

1.Şəxsi məlumatlar (müəssisə, onun işçi heyəti və s.),

2. İşgüzar ideya,

3. Biznesin xarakteri,

4. Əsas fəaliyyət sahəsi,

5. Marketinq-plan,

6. Maliyyələşdirmə,

7. Xüsusi faktorlar,

8. Əlavələr.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276