SƏNAYE

Bərdədə soğan yığımına başlanılıb
25 APREL
166

Bərdədə soğan yığımına başlanılıb

2018-04-25 14:15:00

Bu ilin məhsulu üçün 771 hektarda soğan becərən bərdəli fermerlər məhsul yığımına başlayıblar. Hazırda payızda səpilən soğanın yığımı həyata keçirilir. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerlərin dediyinə görə, sahələrin hər hektarından orta hesabla 30-40 ton, damla-suvarma üsulu ilə becərmə zamanı isə hər hektardan 60-70 ton məhsul götürülür.

Payızda əkilən soğanın yığımı aprel-iyun aylarında davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254