SƏNAYE

Qax Damazlıq İpəkçilik Stansiyasında daha 6 min qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub
25 APREL
80

Qax Damazlıq İpəkçilik Stansiyasında daha 6 min qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub

2018-04-25 11:45:00

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınan daha 6 min qutu ipəkqurdu toxumu (qrena) aprelin 24-də axşam saatlarında Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilərək inkubasiyaya qoyulub.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, ikinci mərhələdə inkubasiyaya qoyulan ipəkqurdu toxumu dağlıq ərazidə yerləşən rayonların kümçüləri üçün nəzərdə tutulub. Onun dediyinə görə, aprelin 17-də birinci mərhələdə stansiyaya gətirilən 7 min qutu ipəkqurdu toxumunun inkubasiya müddəti artıq başa çatmaq üzrədir. İnkubasiyadan sonra əldə olunacaq ipək qurdları aprelin 27-dən başlayaraq üç gün ərzində Aran bölgəsinin 23 rayonunun kümçülərinə paylanılacaq. Aprelin 24-də stansiyaya gətirilərək inkubasiyaya qoyulan 6 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu toxumunun inkubasiya müddəti isə mayın əvvəlində başa çatacaq. Əldə olunacaq ipək qurdları mayın 4-dən 6-dək dağlıq ərazidə yerləşən 15 rayonun kümçülərinə paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276