SƏNAYE

“Saudi Aramco” neft ticarətini 4 dəfə artıra bilər
24 APREL
162

“Saudi Aramco” neft ticarətini 4 dəfə artıra bilər

2018-04-24 17:43:00

Saudi aramco” şirkəti neft və neft məhsullları ilə ticarətin həcmini 2020-ci ilə gündəlik 6 mln. barrelə çatdırmağı planlaşdırır. Bu barədə “Aramco Trading”in rəhbəri İbrahim Al-Buainain “Reuter” agentliyinə müsahibəsində məlumat verib.

Şirkətin məlumatına əsasən, hazırda neft məhsulları ilə ticarətin həcmi təxminən 1,5 mln. barreldir. "Aramco Trading" ticarətin həcminin artırılması üçün bu ilin 3-cü rübündən etibarən Sinqapurdakı şöbəsi vasitəsilə Asiyada ticarətə başlayacaq, 2019-cu ildə isə şirkət Avropada nümayəndəliyini açacaq. Bununla belə, baş ofis isə yenə də Dahranda (Səudiyyə Ərəbistanı) saxlanılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277