SƏNAYE

Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq
24 APREL
270

Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq

2018-04-24 17:19:00

Rusiyanın "Qorki Avtomobil Zavodu" ASC (QAZ) ilə Azərbaycanın "Azərmaş" ASC-nin Hacıqabul Sənaye Məhəlləsində yerləşəcək birgə avtomobil zavodunun gələn ilin sonuna qədər inşa edilməsi və istismara verilməsi planlaşdırılır. Bu barədə Rusiya şirkətinin Marketinq və satış departamentinin direktoru Mixail Baxtarin məlumat verib. 

Onun sözlərinə görə, tərəflər arasında ötən gün imzalanmış əməkdaşlıq memarandumuna əsasən, zavodda ildə, təxminən, 1 000 ədəd QAZ markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Ruslar azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır. 

"Azərbaycan çox gözəl bazardır. Ölkənin infrastrukturu müntəzəm olaraq inkişaf edir, yük və sərnişin daşımalarında böyük potensial görürük", - deyə o qeyd edib. 

Rusiyalı mütəxəssislərin fikrincə, Azərbaycanın logistika imkanları da genişdir. Bu isə QAZ maşınlarının Mərkəzi Asiya ölkələrinin bazarına çıxmasına şərait yarada bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257