SƏNAYE

Bakı Neft Emalı Zavodunun yenidən qurulması çərçivəsində daha bir müqavilə imzalanacaq
24 APREL
205

Bakı Neft Emalı Zavodunun yenidən qurulması çərçivəsində daha bir müqavilə imzalanacaq

2018-04-24 16:51:00

"Keçmiş "Azərneftyağ" zavodunun ərazisindəki illik istehsal gücü 2 mln.ton olan Neftin İlkin Emalı (ELOU-AVT) qurğusunun Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisinə köçürülməsi və burada quraşdırılması ilə bağlı EPC (Mühəndislik, Layihələndirmə, Tikinti) müqaviləsi imzalanacaq".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

Onun sözlərinə görə, köçürülmə ilə bağlı tədqiqatların bir hissəsi yekunlaşıb: "Tədqiqatı "SOCAR Foster Wheeler Engineering/Tekfen" şirkətləri aparıb. Qurğunun köçürülməsi və yerləşdirilməsi ilə bağlı baza layihələndirmə işləri aparılmalıdır. Baza layihələndirməsi - FEED işləri ilin sonuna yekunlaşdırılmalıdır. Baza layihələndirmə işlərindən sonra EPC müqaviləsi imzalanacaq. İcra strategiyası yekunlaşmaq üzrədir".

T.Əliyev qeyd edib ki, işlərin 2021-ci ilin əvvəlinə yekunlaşması gözlənilir.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249