SƏNAYE

İran TANAP vasitəsilə qaz ixracını təşkil edə bilər
24 APREL
105

İran TANAP vasitəsilə qaz ixracını təşkil edə bilər

2018-04-24 16:01:00

İran Transanadolu qaz kəməri (TANAP) vasitəsilə layihə iştirakçıları üçün səmərəli qiymət və şərtlərin müəyyənləşdiriləcəyi təqdirdə qaz ixracını təşkil edə bilər. Bunu Türkiyənin “Petform” şirkətinin baş mütəxəssisi Gökhan Soruş deyib. O qeyd edib ki, İran TANAP-a qoşulmağı qərara alarsa, o zaman müvafiq infrastrukturun yaradılması üçün genişmiqyaslı iş aparmalı olacaq. Bunun üçün isə İrana böyük investisiyalar tələb olunacaq:

“Avropaya tədarükün diversifikasiyalaşdırılması üçün İranın kifayət qədər qaz ehtiyatı var, TANAP hazırda planlaşdırılan həcmdən daha çox qaz nəql etmək imkanına malikdir. İlk növbədə tərəflər arasında səmərəli şərtlər müəyyən edilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276