SƏNAYE

Bakı Neft Emalı Zavodunda LPG stansiyasının və bitum qurğusunun sistemə inteqrasiyası 39% tamamlanıb
24 APREL
231

Bakı Neft Emalı Zavodunda LPG stansiyasının və bitum qurğusunun sistemə inteqrasiyası 39% tamamlanıb

2018-04-24 15:52:00

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və rekonstruksiyası çərçivəsində Maye qaz doldurma stansiyası (LPG) və Bitum istehsalı qurğusunun ümumi infrastruktura inteqrasiyası üzrə işlər 39% yekunlaşıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

Onun sözlərinə görə, inteqrasiya ilə bağlı "SOCAR Foster Wheeler"/ Tekfen"şirkətləri tərəfindən detallı layihələndirmə işləri 98% yerinə yetirilib: "İşlər bu ilin sentyabr ayında yekunlaşacaq".

Qeyd edək ki, NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

III mərhələdə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259