SƏNAYE

Bu il Neftçalada 10 min hektar sahədə pambıq əkiləcək
24 APREL
158

Bu il Neftçalada 10 min hektar sahədə pambıq əkiləcək

2018-04-24 15:39:00

Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr Neftçalada uğurla icra edilir.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, ötən il 9 min 96 ton pambıq istehsal edən rayon əkinçiləri bu mövsüm pambıq sahələrini 10 min hektara çatdırmaqla, ötən ildəkindən azı min ton çox “ağ qızıl” yığmağı planlaşdırırlar. Bu günə kimi məhsul istehsalçıları 1146 hektar sahədə çiyid səpini aparıblar.

Yüksək reproduksiyalı toxumların əkininə üstünlük verən fermerlər bu il bol məhsul istehsal etmək niyyətindədirlər. Bunun üçün, ilk növbədə, aqrotexniki tədbirlərə ciddi əməl olunur, intensiv istehsal üsullarına üstünlük verilir.

Ötən il hər hektar pambıq sahəsindən 30 sentner məhsul götürən, 20 ildən çoxdur pambıqçılıqla məşğul olan rayonun Yuxarı Qaramanlı kənd sakini, fermer İmaməddin Dadaşov bu il 18 hektar pambıq əkəcək. Artıq 10 hektarda işi başa çatdırıb. Məhsul istehsalçısı səpini optimal müddətdə yekunlaşdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35 sentner məhsul götürmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259