SƏNAYE

Çindən ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumu gətirilib
24 APREL
195

Çindən ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumu gətirilib

2018-04-24 15:24:00

Aprelin 24-də Çin Xalq Respublikasından ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumu (qrena) gətirilib və inkubasiyaya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, inkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları dağlıq ərazidə yerləşən rayonların kümçülərinə əvəzi ödənilmədən paylanılacaq.

Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə 13 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumu (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması nəzərdə tutulub. Artıq aprelin 17-də ilkin mərhələdə 7 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumu (qrena) alınaraq respublikaya gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında yaxın günlərdə respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Son iki ildə Çin Xalq Pespublikasından ölkəmizə 2,5 milyon ədəd tut tingləri gətirilib, bölgü əsasında əvəzi ödənilmədən baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257