SƏNAYE

“Qafqaz” Samuxlu fermerlərə 300 min manat qazandırıb
24 APREL
133

“Qafqaz” Samuxlu fermerlərə 300 min manat qazandırıb

2018-04-24 15:04:00

Samuxlu fermerlər çuğundurun “Qafqaz” sortunu əkirlər. Bu Toxum onlara İmişli Şəkər Zavodundan verilib. Fermerlər bildirir ki, çuğundur toxumunun bu növü olduqca keyfiyyətlidir. Rayonda yerləşən 600 hektarlıq şəkər çuğundur sahələrinin 400 hektarında əkin artıq bitib. Ötən il Samuxda 50 min tona yaxın şəkər çuğunduru istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 43 sentnerə çatıb. Məhsul istehsalçıları 300 min manat qazanc əldə ediblər.  

Şəkər çuğunduru istehsalçılarına bağlanmış müqaviləyə əsasən, İmişli Şəkər Zavodu tərəfindən hər hektarın becərilməsi üçün 1234 manat pul verilir. Bundan başqa əkilən sahələrin alaq otlarından və zərərvericilərdən təmizlənməsi üçün hər hektara görə 200 manat ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254