SƏNAYE

Azərbaycanda bu bitkini əkənlər yaxşı qazanc əldə edir - TƏLƏBAT VAR
24 APREL
850

Azərbaycanda bu bitkini əkənlər yaxşı qazanc əldə edir - TƏLƏBAT VAR

2018-04-24 14:56:00

Azərbaycanda Qusar və Masallı rayonlarında noxud becərilir. Fermerlər bu məhsulu rayonların dağlıq ərazilərində dəmyə yetişdirməyə üstünlük verir. Qusarlı fermerlər ötən il 1 hektardan 2 tona qədər noxud əldə edib. Gəlir onları qane etdiyindən bu il noxud sahələrini 5 dəfəyə qədər genişləndirirlər. Ümumilikdə rayon üzrə bu il 100 hektar sahədə noxud əkmək nəzərdə tutulur. Bu da ötən ilkindən 60 hektar çoxdur. Fermerlər əsasən noxudun yerli sortlarını yetişdirir. Onlar hər hektara 80-100 kq toxum səpirlər. Masallıda 760 hektar sahədə noxud əkini artıq başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276