SƏNAYE

Şəmkirdə baramaçılıq əvvəlki şöhrətini qaytarır
24 APREL
168

Şəmkirdə baramaçılıq əvvəlki şöhrətini qaytarır

2018-04-24 14:42:00

Kənd təsərrüfatının əsas gəlirli sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarması Şəmkir rayonunda da diqqət mərkəzindədir. Fins.az xəbər verir ki, 2016-cı ildə Şəmkir rayonunda 2891 kq, ötən il isə, 5054 kq barama istehsal olunub. Bu il rayonun 36 yaşayış məntəqəsində kümçülərə ipəkqurdu toxumu veriləcək.

Görülən işlərin nəticəsi olaraq bu il rayonda yüksək məhsuldarlıq gözlənilir. Baramaçılığın inkişafı üçün rayonda ipəkqurdunun güclü yem bazası da yaradılır. Ötən il Şəmkirdə Çindən gətirilən 40 min yeni tut tingləri əkilib. Bu proses uğurla davam etdirilərək tut tinglərinin sayı artıq 80 minə çatdırılıb. Gələcəkdə bu rəqəmin daha da artırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254