SƏNAYE

Qazaxda 11 subartezian quyusu qazılacaq
23 APREL
140

Qazaxda 11 subartezian quyusu qazılacaq

2018-04-23 14:12:00

Qazax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayon icra hakimiyyətindən bildiriblər ki, Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən cari ildə rayonun kəndlərində 11 subartezian quyusu qazılacaq.

Qeyd edək ki, ötən il Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd subartezian quyusu qazılıb.

Yeni subartezian quyularının istifadəyə verilməsi rayonun əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254