SƏNAYE

Pilotsuz uçan aparatlardan kənd təsərrüfatında da istifadə ediləcək
23 APREL
292

Pilotsuz uçan aparatlardan kənd təsərrüfatında da istifadə ediləcək

2018-04-23 14:10:00

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

AMEA-dan bildirilib ki, görüşdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev yüksək texnologiyaların kənd təsərrüfatında tətbiqindən söz açıb. O, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.

İ.Bayramov isə kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışıb və iki qurum arasında əməkdaşlıq perspektivlərini qeyd edib. O, qabaqcıl texnologiyaların bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da tətbiqinin vacibliyini vurğulayıb.

Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Fərəc Xalıkov pilotsuz uçan aparatların kənd təsərrüfatında tətbiqindən bəhs edib.

Sonda qonaqlar YT Parkın rezidentləri – "Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirib, pilotsuz uçan aparatların istehsal sahələri, YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277