SƏNAYE

BP və Azərbaycan yeni saziş imzalayacaq
23 APREL
188

BP və Azərbaycan yeni saziş imzalayacaq

2018-04-23 14:06:00

BP və Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokuna dair saziş imzalayacaq. Bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O qeyd edib ki, saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək: "Bu sahədə əhəmiyyətli miqyasda neft ehtiyatları mövcud ola bilər. Artıq bütün lazımi işlər görülüb və sazişin imzalanmasının yaxın günlərdə baş tutması planlaşdırılır".

Xatırladaq ki, 2016-cı il mayın 24-də Bakıda BP və SOCAR arasında Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277