SƏNAYE

Pərviz Şahbazov: AÇG yataqlarından 454 milyon ton neft və 144 milyard kubmetr qaz çıxarılıb
23 APREL
130

Pərviz Şahbazov: AÇG yataqlarından 454 milyon ton neft və 144 milyard kubmetr qaz çıxarılıb

2018-04-23 11:29:00

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov aprelin 23-də Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254