SƏNAYE

Ağsuda çiyid səpininə başlanılıb
20 APREL
163

Ağsuda çiyid səpininə başlanılıb

2018-04-20 16:59:00

Ağsu fermerləri ciddi hazırlıqdan sonra kütləvi şəkildə çiyid səpini kampaniyasına başlayıblar. Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, ilk günlərdən sahələrə 21 ədəd səpin aqreqatı, 20-dən çox malaçəkən traktor çıxarılıb və artıq 100 hektardan çox ərazidə səpin aparılıb. Çiyid səpini kampaniyasına ilk günlərdən rayonun Rəhimli, Qaraqoyunlu, Çaparlı, Qaradağ və bir sıra digər ərazi vahidlərində daha mütəşəkkil başlanılıb.

Qeyd edək ki, cari ildə bölgədə 2600 hektarda əkin aparılması nəzərdə tutulub. Bütün ərazilərdə şum vaxtında çıxarılıb, sahələr arata qoyulub, əkin üçün hazırlanıb. Kifayət qədər çiyid, gübrə gətirilib.

Səpinin qısa vaxtda və mütəşəkkil başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276