SƏNAYE

Şamaxıda yeni üzüm plantasiyaları salınır
20 APREL
399

Şamaxıda yeni üzüm plantasiyaları salınır

2018-04-20 11:37:00

Şamaxı rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin məruzəsi dinlənilib, çıxışlar olub.

Yığıncaqda Prezident İlham Əliyevin ölkədə iqtisadiyyatın inkişafı, kənd təsərrüfatında islahatların genişləndirilməsi, sahibkarlığa dəstək, əhalinin məşğulluq səviyyəsinin artırılması, təzə iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqları bir daha diqqətə çatdırılıb. Bu istiqamətdə Şamaxı rayonunda da mühüm işlərin görüldüyü, iri taxılçılıq təsərrüfatlarının, yeni turizm obyektlərinin yaradıldığı qeyd edilib. Vurğulanıb ki, rayon ərazisində “Kürdəmir Süd Emalı Zavodu” MMC-yə məxsus 2000 başlıq maldarlıq kompleksinin tikintisi başa çatdırılıb, lizinq yolu ilə 231 baş cins mal-qara gətirilib.

Turizmin inkişafı məqsədilə rayonun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək 22 kilometrlik yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Bildirilib ki, rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Plantasiyaların sahəsi artırılaraq 1710 hektara çatdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. “Mədrəsə Aqro” MMC tərəfindən 74 hektarda, Meysəri kəndi ərazisindəki “Şirvan Şərabları” müəssisəsi tərəfindən isə 120 hektarda yeni üzüm bağları salınıb.

Məruzə və çıxışlarda rayonda tikinti-quruculuq və abadlıq işlərindən, təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı məsələlərindən ətraflı danışılıb, əldə olunan nailiyyətlərlə yanaşı, mövcud problemlər də sadalanıb, onların həlli yolları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253