SƏNAYE

Azərbaycan neftinin 82%-i BTC kəməri ilə ixrac olunur
17 APREL
215

Azərbaycan neftinin 82%-i BTC kəməri ilə ixrac olunur

2018-04-17 16:56:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 10 124 min ton neft nəql edilib. Nəqletmənin 81,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu kəmər vasitəsilə 8 258,6 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 1 538,8 min ton tranzit nefti də nəql edilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Hesabat dövründə magistral qaz kəmərləri ilə isə 6 662,1 mln. kub-metr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1% artım müşahidə olunub. Qazın nəqlinin 30,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 2 046,2 mln. kub-metr qaz ötürülüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270