SƏNAYE

TANAP-a 5,6 mlrd. dollar xərclənib
17 APREL
194

TANAP-a 5,6 mlrd. dollar xərclənib

2018-04-17 15:13:00

Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri ( TANAP) layihəsinə indiyədək 5,6 mlrd. ABŞ dolları xərclənib. Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol jurnalistlərə bildirib.

"TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollar təşkil edir. İndiyə qədər 5,6 mlrd.dollar vəsait xərclənib. Layihənin ilkin dəyəri 11,8 mlrd. dollar dollar olub, yəni 32% qənaət olunub", - o deyib. 

Bundan başqa, baş direktorun sözlərinə görə, TANAP-ın səhmdarları indiyədək 3,75 mlrd. dollar kredit cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257