SƏNAYE

“Ağ qızıl”ın Azərbaycana gətirdiyi milyonlar ilbəil artır
17 APREL
142

“Ağ qızıl”ın Azərbaycana gətirdiyi milyonlar ilbəil artır

2018-04-17 11:23:00

Pambıqçılığın inkişafına dövlət dəstəyi məhsuldarlığın artmasına öz təsirini göstərib. Fins.az xəbər verir ki, 2015-ci ildə 35 min ton pambıq tədarük olunmuşdusa, 2016-cı ildə tarlalardan 51 min 90 ton ağ qızıl toplanıb. Ötən il pambıq sahələri biraz da genişləndirildi, pambıqçılar 136 min hektardan 207 min 500 ton pambıq əldə etdilər.

Bolluq ixracın da artmasına geniş imkanlar yaradıb. Ötən il pambıqdan 52 milyon dollar qazanc əldə edilib. Bu ilin ilk 2 ayında isə, Azərbaycandan 14 milyon dollarlıq “ağ qızıl” alınıb. Azərbaycan pambığı əsasən, Türkiyəyə satır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273