SƏNAYE

Ağcabədili fermerlər çiyid səpininə hazırlaşır
17 APREL
209

Ağcabədili fermerlər çiyid səpininə hazırlaşır

2018-04-17 11:10:00

Ağcabədi rayonunda yaz tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin, səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayon Statistika İdarəsinin məlumatına əsasən, indiyədək 5793 hektar ərazidə səpin aparılıb. 131 hektarda yazlıq buğda, 68 hektarda qarğıdalı, 533 hektarda şəkər çuğunduru, 175 hektarda kartof, 734 hektarda tərəvəz, 5 hektarda bostan bitkiləri, 4148 hektarda isə yonca əkilib.

Pambıqçılıqla məşğul olan fermerlər çiyid səpininə hazırlaşırlar. Rayonda ötən il səpin aparılan taxıl sahələrində də becərmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259