SƏNAYE

Yevlax pambıqçıları çiyid səpininə başlayıb
16 APREL
107

Yevlax pambıqçıları çiyid səpininə başlayıb

2018-04-16 09:53:00

Cari mövsümdə 2500 hektarda pambıq becərməyi nəzərdə tutan Yevlax pambıqçıları çiyid səpininə başlayıblar. Yevlax Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, səpin aparılacaq sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Artıq 304,5 hektarda çiyid səpini həyata keçirilib.

Çiyid səpininə ilkin olaraq Kövər, Qoyunbinəsi, Malbinəsi, Qaraməmmədli və Aran məntəqələrinin ərazilərində başlanılıb. “MKT İstehsalat Kommersiya” MMC və “Yevlax Kənd Təsərrüfatı” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin optimal müddətinə başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280