SƏNAYE

Azərbaycanda sənaye məhsullarının istehsalı 2% artıb
13 APREL
384

Azərbaycanda sənaye məhsullarının istehsalı 2% artıb

2018-04-13 13:57:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11,1 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9%, neft sektorunda 0,9% artıb.

Sənaye məhsulunun 73,5%-i mədənçıxarma sektorunda, 21,3%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 2,2% artıb, əmtəəlik qaz hasilatı isə 5,8% azalıb.

Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, hazır metal məmulatlarının istehsalı 2,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2 dəfə, mebel istehsalı 96,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 85,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 53,2%, tikinti materiallarının istehsalı 38,7%, elektrik avadanlıqlarının istehsalı 37,4%, maşın və avadanlıqların istehsalı 27,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,5%, kimya sənayesi məhsullarının istehsalı 6,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8% artıb.

İçkilərin istehsalı 3,1%, qida məhsullarının istehsalı 7,2%, kompüter, elektron və optik məhsulların istehsalı 18,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,7%, əczaçılıq məhsullarının istehsalı 21,9%, geyim istehsalı 25,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,5%, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7% artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259