SƏNAYE

Yalama Aqroparkına daha 10 milyon manat sərmayə qoyulacaq
12 APREL
131

Yalama Aqroparkına daha 10 milyon manat sərmayə qoyulacaq

2018-04-12 12:19:00

“Yalama Aqropark” prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində Azərbaycanda  yaradılan ilk Aqroparkdır. Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 254S nömrəli sərəncamı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilmiş 523 hektar torpaq sahəsinin əsasında özəl pilot təsərrüfat olaraq yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, Yalama Aqroparkda 1113 baş sağmal olmaqla 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.

Yalama Aqroparkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 23 milyon manat investisiya qoyulub. Qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, k/t texnikası parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilib. Ümumilikdə qoyulan investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 180 daimi iş yerinin yaradılması, illik 3.5 milyon AzN dəyərində təbii süd və 1.1 milyon AzN dəyərində ət, həmçinin 1.8 milyon AzN dəyərində bitkiçilik məhsulları istehsalına nail olunub.

Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf  kəndlərin  suvarma suyuna olan ehtiyacların ödənilməsində mühüm rol oynayan 3.2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kub metr olan su hovuzu tikilib. Həmçinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon AzN dəyərində güzəştli kredit ayrılıb.

Layihənin 2-ci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə olaraq 10 milyon AzN investisiya qoyuluşu planlaşdırılır. Bunun ilə aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280