SƏNAYE

Ağstafa Aqrar Sənaye Kompleksi belə olacaq - FOTOLAR
12 APREL
812

Ağstafa Aqrar Sənaye Kompleksi belə olacaq - FOTOLAR

2018-04-12 11:54:00

Ağstafa Aqrar Sənaye Kompleksinin tikintisi sürətlə davam etdirilir. Fins.az Azərtac-a istinadən xəbər verir ki, kompleksdə layihəyə uyğun olaraq saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl anbarı, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli iaşə obyektlərinin binalarının tikintisi sürətlə aparılır. Müasir standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağının tikintisi isə başa çatıb. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunur.

Layihənin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan dəyirmanın emal gücü saatda 5 ton olacaq. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksəkkeyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259