SƏNAYE

“Azərişıq” elektrik şəbəkəsinə qoşulmaqla bağlı daha bir yenilik edib
12 APREL
316

“Azərişıq” elektrik şəbəkəsinə qoşulmaqla bağlı daha bir yenilik edib

2018-04-12 11:18:00

“Azərişıq” ASC mövcud və tikilməkdə olan sahibkarlıq obyektinə, o cümlədən evinə, bağına yaxud  həyətinə elektrik enerjisi çəkdirmək istəyənlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edib. Belə ki, Səhmdar Cəmiyyətin (azerishiq.az) rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə elektrik enerjisi çəkdirmək üçün tələb olunan texniki şərtlərin verilməsinin yenilənmiş qaydalar öz əksini tapıb. Xüsusi bölmə azərbaycan, ingilis və rus dillərərində fəaliyyət göstərir. Həmçinin “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmədə yazılı qaydalarla yanaşı video-rolik də yerləşdirilib.

İndi istənilən sahibkar www.azerishiq.az saytının əsas səhifəsindəki “Elektrik şəbəkəsinə necə qoşulaq” bölməsinə daxil olmaqla tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və eyni zamanda tələb olunan gücü 150 kVt və ondan yuxarı sahibkarlıq obyektlərinin orta və yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması qaydalarından və şərtlərdən ətraflı tanış ola biləcəklər. Habelə evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək istəyən məişət abonentləri də bu xidmətdən yararlanacaqlar.

Qeyd edək ki, tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məişət abonentlərinin evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirməsi yalnız və yalnızı “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə “Azərişıq”  ASC tərəfindən həyata keçirilir. Artıq elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərtlər nəinki Bakıda, ümumilikdə bütün regionlarda fəaliyyət göstərən “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə verilir. Bundan başqa sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün vahid pəncərə üzrə prosedurlar 7-dən 3-ə endirilib, prosesin müddəti isə 69 gündən 24-günə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256