SƏNAYE

Bu il Neftçalada 7 modul tipli məktəb binası quraşdırılacaq
10 APREL
200

Bu il Neftçalada 7 modul tipli məktəb binası quraşdırılacaq

2018-04-10 14:44:00

Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilir, mövcud binalar isə əsaslı təmir olunur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə ötən tədris ilində rayonda 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Prezidentin Sərəncamı ilə bu il rayonda daha 7 modul tipli məktəb binası quraşdırılacaq.

Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxdərə kəndlərində inşa olunacaq. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binanın beşi 56, ikisi isə 80 şagird yerlikdir. Quraşdırılacaq məktəb binaları üçün artıq kəndlərdə münasib yerlər ayrılıb və digər hazırlıq işləri görülür. Yaxın günlərdə binaların tikintisinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270