SƏNAYE

Xaçmaz sakini həyətində 500 növdən çox bitki becərir - FOTOLAR
09 APREL
423

Xaçmaz sakini həyətində 500 növdən çox bitki becərir - FOTOLAR

2018-04-09 17:12:00

İxtisasca aqronom olan Qurban Həsənoğlu 20 ilə yaxındır dekorativ bitkilərə maraq göstərir. Xaçmaz sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki, kol və ağac becərir.

Bağban bildirib ki, bu bağça onun mənəvi istirahət yeri olmaqla yanaşı, həm də gəlir mənbəyidir. Son illər dekorativ bitkilərə maraq göstərənlərin sayı daha da artıb. Bu bitkilər əsasən otel və restoranlar, müəssisələr və parklar üçün alınır. Dekorativ bitkilərdən və güllərdən ən ucuzunun qiyməti 2 manatdır. Təsərrüfatdakı ən bahalı dekorativ ağac növü isə ağ şamdır. Bu ağacın təxminən 2-3 metr hündürlükdə olanı 5 min manata təklif edilir.

Qurban Həsənoğlunun bağı dekorativ bitkilərlə zəngin parkı xatırladır. Təsərrüfatçı 10 sot ərazidə 100-dən çox dekorativ bitki, 60-a yaxın meyvə ağacı, 200 növdə dibçək və qızılgül kolları, həmçinin başqa bitkilər becərir. Bu bitkilərin çoxunu Özbəkistan, Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gətirib.

Təsərrüfatçı dekorativ bitkiləri becərməyin daha çətin olduğunu deyir. Bu ağacların ilin bütün fəsillərində əkilə bilməsi əsas üstün cəhətlərindəndir. Bitkilər əsasən toxum və tinglə çoxaldılır. Bağban xaricdən gətirdiyi bitki növlərini artıraraq təsərrüfatını genişləndirmək niyyətindədir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256