SƏNAYE

Muxtar Respublikada 36 min 42 arı ailəsi qeydiyyata alınıb
09 APREL
173

Muxtar Respublikada 36 min 42 arı ailəsi qeydiyyata alınıb

2018-04-09 15:24:00

2018-ci ilin birinci rübündə muxtar respublika üzrə 1676 vətəndaşın 36 min 42 arı ailəsi qeydiyyata alınıb və baytarlıq-sanitariya pasportu (şəhadətnamə) verilib. Həmçinin ötən ay muxtar respublikada 953 baş inək və düyədə süni mayalanma aparılıb, keçən ildən mayalanmış inəklərdən 1044 baş cins buzov alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən bildirilib ki, xidmət tərəfindən mart ayında da ardıcıl tədbirlər həyata keçirilib. Belə ki, ötən ay mərkəzi və rayon baytarlıq laboratoriyalarında brusellyoz xəstəliyinə görə 9736 qan nümunəsi, 218 patoloji nümunə, 5 adda 16 min 771 parazitar nümunə müayinələrdən keçirilib. Profilaktika məqsədilə 6 min 417 baş iribuynuzlu heyvanda qarayara, 13 min 202 baş iribuynuzluda emkar, 60 min 613 baş iribuynuzluda nodulyar dermatit, 1698 baş iribuynuzluda dabaq, 13 min 362 baş xırdabuynuzluda isə bradzot xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Qeyd olunan dövrdə 319 obyektdə dezinfeksiya və dezinseksiya işləri görülüb, baytarlıq nəzarəti altında olan obyektlərdə 23 dəfə reyd aparılıb, sanitar-ekspertiza laboratoriyalarında 1259 nümunə orqanoleptik, bakterioskopik, toksikoloji müayinələrdən keçirilib.

Həmçinin yerlərdə sahibkarlarla 2 dəfə görüş təşkil edilib, onlara mal-qaraya qulluq, yemləmə, xəstəliklərdən qorunma və digər məsələlər barədə maarifləndirici tövsiyələr verilib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279