SƏNAYE

SOCAR üzrə çirkləndirici maddələrin miqdarı son 7 ildə 16,7 faiz azalıb
09 APREL
213

SOCAR üzrə çirkləndirici maddələrin miqdarı son 7 ildə 16,7 faiz azalıb

2018-04-09 11:13:00

SOCAR üzrə çirkləndirici maddələrin miqdarı son 7 ildə 16,7 faiz azalıb. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

O bildirib ki, dayanıqlı inkişafı şərtləndirən əsas amillərdən biri də ətraf mühitin qorunması və bərpasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq SOCAR son 15 il ərzində ölkəmizdə daha geniş vüsət alan ekoloji hərəkatın ön sıralarında Bakıda və neft hasil olunan bölgələrdə ətraf mühitin durmadan yaxşılaşdırılması və atmosferə atılan çirkləndirici maddələrin və istilik effekti yaradan qazların azaldılması məqsədilə bir çox layihələr həyata keçirib.

R.Abdullayevin sözlərinə görə, bu istiqamətdə SOCAR ilə BP şirkətləri arasında Azəri-Çıraq-Günəşli yataqlar blokunda keçirilmiş “Məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsini misal gətirmək olar. Yalnız bu layihənin nəticəsində ildə təqribən 150 milyon kubmetrə yaxın səmt qazının atmosferə atılmasının qarşısı alınıb. Görülən işlər nəticəsində son 7 ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarında 16,7 faiz, istilik effekti yaradan qazların miqdarında isə 45 faiz azalma müşahidə olunub. 2006-cı ildən başlayaraq bu günə qədər SOCAR əməkdaşları Azərbaycanda daha əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 1900 hektar sahədə ətraf mühitin yaxşılaşdırılması istiqamətində kompleks işlər həyata keçirərək, həmin torpaq sahələrində 700 mindən artıq müxtəlif ağac və kol bitkiləri əkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267