SƏNAYE

“SOCAR Trading” 2017-ci ildə əməliyyatların həcmini 2 dəfədən çox artırıb
06 APREL
227

“SOCAR Trading” 2017-ci ildə əməliyyatların həcmini 2 dəfədən çox artırıb

2018-04-06 15:59:00

“SOCAR Trading” 2017-ci ildə əməliyyatların həcmini 2 dəfədən çox artıraraq 108 mln. ton neft və neft məhsulları satıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

“Azərbaycan neftinin dünya bazarında öz yerini tutması üçün onun düzgün brendləşdirilməsi vacibdir. Məhz bu səbəbdən Prezident İlham Əliyev Azərbaycan neftinin müstəqil brend kimi dünya bazarına çıxarılmasını qarşımızda məqsəd qoymuşdu. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və satış fəaliyyətini mərkəzləşdirmək məqsədi ilə 2007-ci ildə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading” şirkəti qısa bir müddətdə dünyada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Çin, Kanada, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsi ilə yeni bazarlarda möhkəmlənib. İlk mərhələdə “SOCAR Trading” yüksək keyfiyyətli “Azerilayt” neftini yüngül neft brendi kimi dünya bazarlarında tanıdıb, bununla Azərbaycana təkcə 2008-2013-cü illər arasında 1,8 mlrd. dollara qədər əlavə gəlir qazandırıb”,-R. Abdullayev qeyd edib.

O xatırladıb ki, bu gün “SOCAR Trading” şirkəti sadəcə Azərbaycan neftini deyil, artıq daha çox üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir: “Törəmə şirkətimiz son 3 il ərzində üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 4 dəfədən çox artıraraq 21 mln. tondan 86 mln. tona çatdırıb. Ötən il əməliyyatların həcmini 2 dəfədən çox artıran “SOCAR Trading” 108 mln. ton neft və neft məhsulları satmağa müvəffəq olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254