SƏNAYE

Oğuzda indiyədək 630 hektar sahədə yazlıq bitkilər əkilib
05 APREL
337

Oğuzda indiyədək 630 hektar sahədə yazlıq bitkilər əkilib

2018-04-05 20:27:00

2018-ci ildə Oğuz rayonunun təsərrüfatlarında 2 min hektardan çox sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulub. Hazırda təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır. Fermerlər qısa müddətdə 630 hektar sahəyə yazlıq bitkilər əkiblər.

Qurumdan bildiriblər ki, məhsul istehsalçıları indiyədək 198 hektar sahədə kartof, 147 hektar sahədə tərəvəz əkib, 16 hektar sahəyə vələmir, 222 hektar sahəyə birillik yonca toxumu səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini ilə bağlı hazırlıq işləri görülür. Cari mövsümdə rayonda tütün əkini sahələrinin artırılaraq 250 hektara çatdırılması nəzərdə tutulur. Bu məqsədlə 5120 kvadratmetr sahədə şitilliklər salınıb. Tütün şitilləri mayın əvvəllərində sahələrə köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256